Daxil Kərimov: Əsl dövlət adamı, bacarıqlı  hüquqşünas  yaxud dövlətə sədaqəti,vətən sevgisi ilə vəhdətdə olan bir insanın ömür yoluna düz baxış
Tarix: 13-12-2023, 15:12
Google+ Paylaş
Tumblr Paylaş

Daxil Kərimov: Əsl dövlət adamı, bacarıqlı hüquqşünas yaxud dövlətə sədaqəti,vətən sevgisi ilə vəhdətdə olan bir insanın ömür yoluna düz baxış

13-12-2023, 15:12






Elşad Mehdizadə
__________________________



Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.

Bu yazımızda biz də həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət,ictimai xadim,sadə və səmimi,geniş ürək sahibi ,əsl ziyalı,milli və dövlətçilik maraqlarımızın təəssübkeşi,xeyriyyəçi əməlləri ilə yadda qalıb sevilən,incə qəlbə malik,doğru,dürüst düşüncələrində bəşəri duyğular carçısı,hüquq üzrə fəlsəfə doktoru Daxil Kərimovun portretini olduğu kimi təqdim etmək istəyirik.
Daxil Kərimov ,- doğurdan da respublikada tanınan,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,nüfuzlu ictimai xadim,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli hüquqşünaslardan,həm də dəyərli insanlarımızdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Daxil Kərimov da ,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin onun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.

Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Daxil Kərimov da,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi hüquqşünaslarımzdan, əsl peşəkarlardandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki,1965-ci ildə,- barlı-bərəkətli, halal çörəkli,zəhmət adamı ilə daim yad edilən,cəsur, comərd,həm dəyanətli,həm cəsarətli,tarix yazan övladları saya gəlməz,əsrlərin süzgəcindən diri –dipri, düz vüqarlı, min vüqarlı keçib olduğu kimi, üzü bəri gələn,bu gün də yaşayan,yaşanan, yaşadan Cəlilabadın Xanəgah kəndində,- Fazil kişinin yurdunda dünyaya göz açan Daxil Kərimov, orta təhsilini doğulub boya, başa çatdığı Xanəgahda aldıqdan sonra, hüquqşünas olmaq arzusunu gerçəkləşdirmək üçün Bakı Dövlət Universitetinin Hüquq faküktəsinə qəbul olunmaq istəyir. Hərbi xidməti başa vurduqdan sonra, nəhayət hələ yeniyetməlik illərindən qəlbində fərəhlə daşıdığı hüquqşünas olmaq isəyini 1986-cı ildə gerçəkləşdirməyə müvəffəq olur.
1991-ci ildə Universiteti müvəffəqiyyətlə başa vuran Daxil Kərimov,1992-ci ildə Azərbaycan Dövlət Gömrük Komirəsinin Astara və Biləsuvar Gömrük Keçid Mənrəqəsinidə gömrük əməkdaşı kimi xidməti vəzifədə çalışır.

Ardınca da, Azərbaycan hüquq elminin sirlərini daha dərindən mənimsəmək və bu sahənin çoxşaxəli sferasını hərtətəfli mənimsəmək üçün Elm və Təhsil Nazirliyiyi yanında Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi hüquq elmi üzrə elmi araşdırmalar aparmağı qarşısına məqsəd kimi qoyur.Apardığı elmi araşdırmalar nəticəsində Daxil Kərimov həmin institutda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəyə layiq görülür.
Bundan sonra Daxil Kərimovun fəaliyyəti ədliyyə sistemi ilə bağlanır. O,əvvəlcə Şirvan şəhərində notarius kimi işə başlayır.
Bir müddət burada çalışdıqdan sonra, ardınca Bakı şəhəri üzrə 21 saylı notariusda notarius vəzifəsinin icrasına başlayır.
Beləcə,30 ildən çoxdur ki, bu səmimi və doğru-dürüst insan,bütün həyatını Azərbaycanda hüquq sisteminin formalaşmasına, inkişafı və çiçəklənməsinə həsr etməkdədir.Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Rəhbərlik etdiyi hüquq şirkətinin devizi də məhz bu kriteriyalara köklənmiş və bu gün həmin dəyərlər uğur simvolu kimi davam etdirilməkdədir.

Hazırda, Daxil Kərimovun bu günədək rəhbərlik etdiyi bu hüquq şirkəti bir çox sınaqlardan keçərək, bu firmaya etimad göstərənlərin ümidin doğruldub və sərt,inamlı addımlar ilə gələcəyə doğru gedir və inkişafın davam etdirir.

Bütün bunların ucalğında isə Daxil Kərimovun vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, əsl vətəndaş mövqeyi tutması dayanır.
Çünki onun əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Daxil Kərimov Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.
O, hüquqi xidmət fəaliyyəti ilə paralel, həmçinin fəal ictimai xadim kimi də yadda qalandır. Fəal vətəndaş kimi ölkədə və dünyada baş verən proseslərin hüquqi qiymətini doğru, düzgün verərək, mənsub olduğu ölkənin dövlətçilik maraqları istiqamətində və bu maraqların qorunması inkişafı yolunda daim işgüzarlığını, ictimai-siyasi düşüncələrini sərgiləməkdədir.

Daxil Kərimov, həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, fəali vətəndaş olması, ictimai fəaliyyəti ilə yaxından iştirak edir.
Daxil Kərimov, həmçinin gözəl və mehriban ailə başçısı, qasyğıkeş və mükəmməl atadır. Övldlarını da özü kimi milli ruhda, vətənə, xalqa, dövlətə sevgi hissləri, əxlaqi dəyərlər məzmununda böyüdüb. tərbiyyə edə bilmişdir.

Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Daxil Kərimov bax belə insanlarımzdan, hüquq sistemində öz yeri, çəkisi və sözü olan sanballı və peşəkar hüquqşünaslarımızdandır, Azərbaycanda hüquq elmi üzrə sayılan ziyallarımzdandır.

Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu onun bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ