E. Seyidzadə
________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu əminliklə açır, onu içində yaşadağı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin insanlardan biri,- daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün, tamlığın, bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan, nəcib şəxsiyyət,əsl ziyalı,ictimai-siyasi xadim, millət vəkili Ülvi Quliyevin portretini olduğu kimi təqdim etmək istəyirik.
Ülvi Quliyev,- doğurdan da respublikanın ictimai- siyasi sferasında olduqca tanınan, sayılıb-seçilən, xalqın sevgisini,dövlətin etimadını qazanan, əsl vətəndaş,nüfuzlu xadim, beynəlxalq idman arenalarında Azərbaycanın bayrağını dəfələrlə ucalarda dalğalndıran usta idmançı, millət vəkili, dəyərli ziyalılarımzdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq ,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Ülvi müəllim də, sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan, əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən, doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Ülvi müəllimin daxili aləminin ən dərin qatından baş qaldırdığının, cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Ülvi müəllim də, respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn insanlarımızdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, 17 sentyabr 1966-cı ildə Bakı şəhərində,Dilçilik üzrə elmlər doktoru, Azərbaycan elminin tanınan simalarından professor Zahid Quliyevin ailəsində dünyaya göz açan Ülvi Quliyev,1983-cü ildə Bakı şəhəri Nəsimi rayonu 9 saylı orta məktəbi bitirərək, elə həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinun əczaçılıq fakültəsinə qəbul olunur və 1988-ci ildə isə ali məktəbi fərqlənmə diplomu ilə başa vurur.
1998–2002-ci illərdə Ülvi Qliyev, həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirir.
Ülvi Quliyevin həyat fəaliyyətinə nəzər salsaq, onun çox zəngin və rəngarəng olduğuna bir daha əmin ola bilərsən.
Hələ tələbəlik illərindən həyat və onun ənginlikləri ilə dostluq etməyə təşəbbüs göstərən bu gənc,özünü idmanın şərq əlbəyxa döyüş növlərindən sayılan karate idmanı ilə özünü sınayır.
Atdığı addım düz və inandırıcı, ona uğur gətirən nəticələri ilə yadda qalır.
Az keçmir Ülvi Quliyev, karate idman növü üzrə VIII Dan qara kəmər sahibi], daha sonralar Karate idman növü üzrə Avropa və Dünya çempionu kimi yüksək nəticələr əldə edib, böyük uğurlara imza atmağa bacarır.
Bütün bunların ardınca, idmanda göstərdiyi böyük uğurların nəticəsi kimi əvvəlcə Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", sonra Azərbaycan Respublikasının "Əməkdar Məşqçi", daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 5 mart tarixli Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"fəxri adına layiq görülür
1992–1997-ci illərdə Ülvi Quliyev, Azərbaycan Respublikası Karate-do Federasiyasının Prezidenti, 1997-ci ildən Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti kimi, bu idman növünün Azərbaycanda inkişafı və çiçəklənməsi üçün səy və bacarığını daha da artırmağa başlayır.
Ülvi Quliyevin ictimai-siyasi və əmək fəaliyyəti çox maraqlı və diqqətçəkən olduğu üçün bu sıralamaya bir az da rəng qatmaq, onun daha gerçək tərəflərini açmaq istəyirik.
1988-ci ildə ali məktəbi başa vurduqdan sonra Ülvi Quliyev, ixtisası üzrə əvvəlcə aptekdə provizor, baş provizor, sonra da aptek müdiri kimi əmək fəaliyyətinə başlayır.
2002-ci ildən isə Ülvi Quliyev Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə "Gömrükçü" İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini(Gömrük Xidməti, Polkovnik-Leytenantı) vəzifələrində çalışır
2005-ci ildə Ülvi Quliyev, 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2015-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilirək və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışır. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilir).
Ülvi Quliyev, 2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (VI çağırış -Gənclər və idman komitəsinin, Səhiyyə komitəsinin üzvü) millət vəkili kimi seçicilərinin etimadını qazanmaq üçün, növbəti dəfə uğurla yoluna davam etməyə başlayır.
Ülvi Quliyev həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvü, Almaniya Federativ Respublikası,Belçika, BöyükBritaniya, Çexiya, Koreya, Rusiya və Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ülvi müəllim, həmçinin olduqca gözəl və mehriban ailə başçısı,qayğıkeş atadır. İki övladını da vətənə,xalqa, dövlətə layiq böyüdüb, boya – başa çatdırmağa müvəffəq ola bilmişdir.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası,..
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Ülvi müəllim də bax belə insanlarımzdan, ziyalılarımzdan, ictimai və dövlət xadimlərimizdəndir.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Ülvi müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin,dəyərli, işıqlı insan(!)