8-08-2024, 14:23

Nəcib, işgüzar, xeyirxah insan
yaxud
işığa üz tutan əsl azərbaycanlı



Elşad Seyidzadə
_____________________________________

Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.

Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.

Bu yazımızda həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,ən ali keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət,ictimai xadim,sadə və səmimi,geniş ürək sahibi ,əsl ziyalı,milli və dövlətçilik maraqlarımızın təəssübkeşi,xeyirxah əməlləri ilə yadda qalıb sevilən,incə qəlbə malik,doğru,dürüst düşüncələrində bəşəri duyğular carçısı,əsl ağsaqqal, - Aran Regional Elektrik Şəbəkəsinin rəis müavini və Respublika Ağsaqqalar Şurası İmişli rayon təşkilatının, həmçinin YAP İmişli rayon təşkilatının "Energetik" ərazi partiya təşkilatının sədri Saleh Səmədovun portretini olduğu kimi təqdim etmək istəyirik.

Saleh Səmədov,- doğurdan da respublikada tanınan,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,nüfuzlu ictimai xadim,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli işgüzar insanlardan, dəyərli ağsaqqalarımızdandır.

İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.

Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.

Çünki insan zamanla şəxsiyyətə çevrilir.

Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.

Saleh müəllim həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.

Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Saleh Səmədovun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.

Saleh Səmədov da,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi iş adamlarından, əsl insanlarımızdandır.

Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki,1962-ci ilin 27 iyununda barlı-bərəkətli,halal çörəkli,zəhmət adamı ilə daim yad edilən,cəsur,comərd,həm dəyanətli,həm cəsarətli,tarix yazan övladları saya gəlməz,əsrlərin süzgəcindən diri –dipri, düz vüqarlı, min vüqarlı keçib olduğu kimi, üzü bəri gələn,bu gün də yaşayan,yaşanan,yaşadan qədim Aran torpağlnda,İmişlidə,-Mehralı kişinin ailəsində dünyaya göz açan Saleh Səmədov,əvvəlcə,1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı,2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirməyə müvəffəq olur.

Əmək fəaliyyətinə 1980-81-ci illərdə İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi addım atan Saleh müəllim, daha sonralar,1983-85-ci illərdə İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri, ardınca da,1985-86-cı illərdə İmişli rayon “Yol Restoran” Birliyində bufetçi, 1986-87-ci illərdə Bakı şəhər “Azərkitab” Birliyi 1 saylı kitab mağazasında satıcı, 1987-92-ci illərdə arası isə Bakı şəhər 4 saylı kolxoz bazarında tədarük-satış müəssisəsinin müdiri vəzifələrini icra edir.

1992-93-cü illərdə Bakı ŞİH Aqrar məhsulları Bazar Ticarəti idarəsinin baş direktoru işləyən Saleh müəllim, 1993-95-ci illərdə Bakı şəhəri “Ozan” kiçik müəssisəsində yenidən direktor,1995-96-cı illər arası Bakı şəhər Ticarət İctimai İaşə Baş idarəsində rəis müavini, 1996-98-ci illərdə Bakı şəhər Səbayıl rayon Ticarət və İctimai İaşə Baş idarəsində baş direktor vəziflərində çalışır.

1998-99-cu illərdə Bakı şəhəri İstehlak Bazarı Xidməti Departamentinin Nərimanov rayon şöbəsində rəis, 1999-2001-ci illərdə Bakı şəhəri “FM-RUS” Kommersiya firmasında direktor, 2001-2002-ci illərdə Bakı şəhəri İstehlak Bazarı və Xidməti Departamentinin Ekspertiza və Sertifikatlaşdırma İdarəsində rəis, 2002-2006-cı illərdə İmişli rayon “Araz” MMC firmasında təsisçi, 2006-2008-ci illərdə Naftalan şəhər İcra Hakimiyyətində baş iqtisadçı, 2008-2009-cu illərdə “Xan-Araz” MMC-də direktor, 2009-2010-cu illərdə İmişli rayon Məşğulluq Mərkəzində direktor vəzifələrini icra edir.

2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini kimi çalışan Saleh Səmədov, 2011-2013-cü illərdə “Xan-Araz” MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma,Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsinin rəisi vəzifəsini layiqincə icra etməyə müvəffəq olur.

Həmçinin o,2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor,2020-2021-ci illərdə isə “Azər-S-Test” MMC-də direktor vəzifələrində də işləmişdir.

Beləcə,30 ildir bu səmimi və doğru-dürüst insan,bütün həyatını Azərbaycanda işgüzar, iqtisadi mühitinin formalaşmasına,inkişafı və çiçəklənməsinə həsr etməkdədir.

Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə iqtisadiyyat və sahibkarlığın artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.


Əlbəttə ki, bütün bu sadalanların ucalğında isə Saleh Səmədovun vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki onun əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Saleh müəllim , Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.

O, işgüzar fəaliyyəti ilə paralel, həmçinin fəal ictimai xadim kimi də yadda qalandır. Yeni Azərbaycan Partiyasının üzvü kimi mənsub olduğu siyasi təşkilatın Azərbaycanın dövlətçilik maraqları istiqamətində və bu maraqların qorunması inkişafı yolunda daim işgüzarlığını, ictimai-siyasi düşüncələrini sərgiləməkdədir.


Saleh Səmədov,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, fəali vətəndaş olması, ictimai fəaliyyəti ilə yaxından iştirak edir.

Saleh müəllim, həmçinin gözəl və mehriban ailə başçısı, dörd övladın qasyğıkeş və mükəmməl atasıdır. Övldlarını da özü kimi milli ruhda, vətənə, xalqa, dövlətə sevgi hissləri, əxlaqi dəyərlər məzmununda böyüdüb. tərbiyyə edə bilmişdir.


Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.

İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.

Saleh müəllim, bax belə insanlarımzdan, öz yeri, çəkisi və sözü olan sanballı ağsaqqalarımzdan, Azərbaycanda işgüzar iqtisadi mühitin sayılan kadrlarındandır.


Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.

Bu şövq,bu gümrahlıq duyğusu Saleh müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.

Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ