Elşad M.Turan
______________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri,mənəvi-əxlaqi keyfiyyətləri,ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu ölkəyə olduğu kimi təqdim edir.
Bu üzdən,Hüquq elmləri doktoru,professor,Azərbaycan Respublikasının "Əməkdar hüquqşünası", "Şöhrət " ordenli, Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun fəxri professoru, Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Mahmud Qaşqari adına Beynəlxalq Fondun mükafatçısı İlham Rəhimovu bir insan olaraq məhz bu konteksdə xarakterizə etmək,doğru-düzgün,natura şəklində milli və bəşəri dəyərlərə söykənik portretini ən incə rəng çalarları ilə yaratmaq,çox məsuliyyət tələb edən detallardandır.
Həmin incə,məsuliyyətli detalın əsl qayəsi və mahiyyəti,bu mükəmməl,həmçinin liderlik xarizması ilə seçilən və yadda qalan insan haqqında düşüncə sərgiləmək ifadənin çətinliyində deyil,mahiyyət,-onun portretini cızarkən gözlə görünməyən,əvəzində özünü gizli və sirli saxlayan incə çalarların,qiymətli inci kimi bu insanın daxili aləmindən qoparaq simasında yer almasını görməyin mümkünlüyündədir.
Professor İlham Rəhimovun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu ucalığda necə də əks olunduğu,ən xırda detal və ştrixlərlə dəyərli insanın daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı,əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
İlham müəllimin bu günə qədər Azərbaycanın,həmçinin onun hüdudlarından kənarda elmi-pedoqoji,ictimai-siyasi,sosial-mədəni,biznes və sahibkarlıq sferasında qazandığı müsbət imicin,yaratdığı yüksək prestij üçün səciyyəvi xüsusiyyətlərin ən birincisi əlbəttə ki,onun əsl şəxsiyyət, əsl azərbaycanlı olaraq əvvəl özünü mükəmməl insan kimi tanımasıdır.
Beləki,- mükəmməl xarizması ilə seçilən əsl insan,daxili emosional vəziyyəti barədə gizli biliyə malik olduğundan,güclü və zəif tərəflərini bilir,zamanın axarında işlədiyini,ardınca nə zaman işlə həddən artıq yükləndiyindən xəbər tutur.
Maksimum potensiala çatmağa təkan verəcək imkanlarını və çatışmazlıqlarını da daxil olaraq,həmin zaman periodunda özünü tanımaq üçün fürsət tapır.
İlham müəllim,doğurdan da bu keyfiyyətlərə sahib liderlik xarizması ilə seçilən çox güclü fiqurdur.
Bütün işgüzar fəaliyyəti müddətində o,həmçinin özünü idarəetmə qabiliyyəti ilə də seçilən güclü insan təsiri yaratmağı bacarmışdır;yəni,güclü və effektiv yolla özünü idarə edə bilmək xüsusiyyətini daxili inamı iıə aşılamağı bacarmaq,məqsədə necə nail olmaq,tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilmək intuisyasına malik olmaq,yeni layihələr üçün necə enerji yaratmaq və emosional yüklənmə zamanı özünü necə sakitləşdirməyi bilmək kimi müstəsna keyfiyyətlər,professor İlham Rəhimovda olduqca impulsiv,yetərincədir.
Ardınca da,lazım olduğunda tez qərar verə,lakin,masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilmək formulunun məntiqi həllini çözmək qabiliyyətini də bu kateqoriyaya aid etmək lap yerinı düşəndir.
Professor İlham Rəhimov haqqındakı növbəti təhlillərimiz zamanı ən önəmlilərindən biri də onun bu günə kimi özündən daha böyük olan hədəfə doğru çalışmasını aşılayan bacarığıdır.
Bu amil,İlham Rəhimov və onun liderlik etdiyi komandanın uğuru kimi böyük,lakin,dünya sülhünə nail olmaq qədər olduqca qlobal,bəşərilik kimi əvəzsizdir.
Çünki,gələcəyə istiqamətlənərək çalışmaq,şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcı,daha bəşəri,yadda qalan olur.
Bu proqram,həmçinin İlham müəllimin qurduğu iri tutumlu biznes layihələri üçün əsas baza prinsipi,uğura doğru bütöv,tam komanda halında getməsi üçün güclü,dayanıqlı dayaq formasının şəkillənən məzmun səciyyəsi kimi də qiymətləndiriləndir.
O,həm də uğur qazanmaq yolunda motivasiya etmək bacarığını komandasına aşılayan üstün liderdir.
Xarizmatik liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər.Əvəzində,liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar.
Bunun əsas və başlıca hissəsi,başqalarına yardım etmək üçün şəxsi istəkləri təkmilləşdirməkdir.
Başqaları onlara kömək etmək istədiyini düşündükdə,onlar da öz növbəsində yardım edəcək düşüncəsini axıra kimi qoruyub saxlamaq istəyidir.
Bu amili İlham müəllim artıq,daxili aləmində illərdir motivasiya yolu ilə emal edərək,doğru məqsədlərə yönləndirir.
Əlbəttə,bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır.
Yüksək emosional zəkaya malik liderlər təbii olaraq,daha çox özlərindən agah olurlar.
Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər.
Maraq dairələrində olduqları işlə ilə daha çox təmas yaradırlar.
Bütün bunlarla paralel,liderlik xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır,qarşılğında da daha çox şəfqət alırlar.
Bu kateqoriyadan olanlar daha sosialdırlar.
İmkanlarını paylaşmaq,zəif kəsimə daim diqqət göstərmək, onlarla mütamadi təmas qurmaq duyğusu,gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı,daha yüksək ideallar uğrunda addım atmaları üçün təkan verən detallara dönür.
Professor İlham Rəhimovun indicə sadaladığımız incə ştrixlərinin ölçü vahidi,liderlik etdiyi sosial mühitdən aldığı şəfqət dolu enerji ilə,daha mükəmməl layihələrin gerçəkləşməsi istiqamətində,miqyasını genişləndirməyə müsbət impulslar qazanmış olur.
O,həmçinin liderlik bacarıqlarını daha da artırmaq üçün sonrakı etaplara doğru inamla addımlayan güclü,iradəli,xarizmatikliyi ilə yadda qalan,həmçinin hər zaman xeyirxahlıq,mərhəmət və şəfqət dolu bəşəri duyğuların əhatəsində olmağı,bu hisslərlə çoxluğun sevimlisinə çevrilməyi bacaran insandır.
Əlbəttə,bu vacib bəşəri çalarlar onun üçün çox önəmlidir və onun həyat kredosunun ayrılmaz tərkib hissəsi kimi daim diqqətçəkəndir.
Bu məqamda bir haşiyəni çıxmaq yerinə düşən,mənəvi-əxlaqi dəyərləri ilə seçiləndir;beləki,Azərbaycan xalqının tarixi,milli-mənəvi,əxlaqi dəyərlər sisteminə aid olan ənənə,inanclarından biri də övlad dünyaya göz açdıqda,valideyinlərinin ona məxsusi ad vermək adəti, o gün,bu gün qorunub saxlanmaqdadır.
Əlbəttə,dəyərli xalqımızın min illik təsəvvüründə bu ənənənin insanın taleyində mühüm rol oynayacağı,gələcək həyatı haqqında qabaqcadan müjdə verəcəyi ümidini,inam hissini alt şüurunda formalaşdırmış adətlərdən hesab edilənidir.
İlham müəllimin həyat çalarlarındakı fərqiliklərin doğru-düzgün təcəssümü,min illərin süzgəcindən dipdiri keçib günümüzə qədər gələn bu inancın mahiyyətinə,insanı inanmağa vadar edən detal kimi yadda qalır.
Bir də insan hansı ailədə dünyaya doğulursa,həmin ailə dəyərlərinin də insanın gələcək həyat mərhələrində özünü təsdiqinə çox böyük önəmli yeri olur.
Professor İlham Rəhimov,doğurdan da olduqca zəngin ənənələrə malik,üst keyfiyyətləri ilə tanınan və qəbul edilən ailədə doğulub,boya,başa çatması ilə mükəmməl insan kimi xarakterizə olunandır.
Beləcə,bu möhtəşəm insanın adı Azərbaycanın və dünyanın müasir tarixinə təkcə xeyirxah,mərhəmətli,uzaq hədəflər uğrunda cəsarətli,nümunəvi insan kimi deyil,həmçinin daxili aləminin mükəmməl çalarlarını özündə ehtiva edən,müstəsna keyfiyyətləri ilə seçilən alicənab, parlaq şəxsiyyət olaraq da yaddaşlara hopan detallardandır.
Bu üzdən,onun indiyə kimi on minlərin ürəyinə necə yol tapması,qəlbləri necə fəth etməsi,hələ də möcüzə olaraq qalmaqdadır.
Humanizm,qayğı,yardımlaşma,şəfqət göstərmək,mərhəmətli olmaq kimi mühüm bəşəri duyğulara sahib çıxmaq,insanların dərdlərini bölüşmək,onların yanında qalmaq kimi hissləri daxili aləmində aşılamaq kimi keyfiyyətlər,məhz İlham müəllimi bu günə qədər on minlərin sevimlisinə çevirmiş, hörmətinə layiq görmüşdür.
Doğurdan da,bu kimi məhfumlar bu mükəmməl insan üçün çox vacibdir,onun həyat devzidir,yaşam kredosunun ayrılmaz hissəsi kimi diqqətçəkəndir.
O,həmçinin mükəmməl,qayğıkeş,fədakar ata,həyat ideallarına sadiq, vəfalı ,ona dayaq durmaq kimi ali keyfiyyətlərin daşıyıcısıdır.
Həmçinin,bütün bunlarla paralel,ehtiyacı olanların hamisi,ölkəmizin,həmçinin hazırda yaşadığ və fəaliyyət göstərdiyi Rusiya Fedarasiyasının elmi-pedoqoji,ictimai-siyasi,sosial-mədəni sferasının yükünü çiyinlərində çəkmək missiyasını üzərinə götürməyi,özünün vətəndaşlıq borcu bilmək,- bu seçilən şəxsin ali və şərəfli vəzifələrindəndir.
Bu gün də bu ali dəyərlər,bu mükəmməl insan tərəfindən davam etdirilir,daha möhtəşəm,daha inamla,daha bəşəri duyğularla,..
Ən dərin həssaslıq duyğusu,bütün olanlara incə yanaşma hissi,ətrafına hədsiz diqqət,qayğı göstərməsi,İlham müəllimin ən üst keyfiyyətlərinin təzədən cilalanaraq xeyirxahlıq və mərhəmət kimi ali məqama yol açmasına təkan verir.
Üstəlik,bu günə kimi üzərində daşıdığı və qazandığı müsbət ali imicin məsuliyyəti,onun sosial yükünün ağırlığını bir daha artırır,toplumun rifahı üçün humanitar projelərin maksimum keçərliyinə yönəldirilmiş mümkün imkanların qazanılması hər zaman onu duyğulandırır.
.
Hazırkı günümüzdə onun Azərbaycan xalqının maraqlarının sosial müdafiəsi üçün bu günə kimi gördüyü əhatəli, dolğun,məzmunlu,yadda qalan,tarixilik qazanan işlər,həyata keçirdiyi layihələr,- doğurdan da mükəmməl, xarizmatik,cəsarətli,mübariz bir şəxsin,ölkənin sosial,ictimai,mədəni həyatında oynadığı rolun aydın təsəvvürünü canlandıran müsbət tendensiyanın məcmusudur.
Onun humanizmi,göstərdiyi qayğı,mərhəmət,yardımlaşma kimi ali keyfiyyətləri,bir insanın bəşəri düşüncələri üçün sərgilədiyi dəyərlərin təcəsümü,əsl insanlıq nümunəsi kimi başa düşüləndir.
O,doğurdan da yüksək milli- mənəvi idealları,zəngin erudisiyası,emosional zəkası,güclü iradəsi,xeyirxahlıq və mərhəmət adlı bəşəri duyğuları ilə Azərbaycan insanı üçün etalondur.
Bütün bunların ucalığında,çox əsrlik ailə dəyərlərinə üstünlük verən,ailə ənənələrini daim qoruyan,daxilində güclü insan obrazını canlandıran bir şəxsin mükəmməl,möhtəşəm tablosu parlaq əksini tapır.
Əlbəttə,bu ali dəyərlər ancaq zəngin mənəvi keyfiyyətləri,intellektual potensialı,sağlam məntiqi düşüncəsi ilə seçilən insanlarda olur.
O, həmçinin güclü praqmatik,tükənməz enerjiyə malik, istənilən təşəbbüsü gerçəkləşdirən mükəmməl fiqurdur.
Bu xarizmatik insanın hazırki günümüzə qədər inamı,nikbinliyi,müsbət enerjisi ilə,möhtəşəm,tutumlu elmi platformalara rəhbərlik etməsinə,sosial layihələrin reallaşması,uğurla yekunlaşmasına stimul vermişdir.
Bu üzdən,İlham müəllimin reallığa incə yanaşması və yüksək zəkası,bütün mənfi emosiyaları rədd edib,ən çətin situasiya yarandığı zaman belə,uğur qazanmağa ruhlandırmışdır.
Onun şəfqət,qayğı dolu zəngin mənəvi dünyası,qurucu və yaradıcı ruhu ilə hər cilalandıqca,həmahəng,vəhdətdə harmoniya təşkil edir,təbii,qanunauyğun auranın əmələ gələməsi üçün sanki əbədi yanacaq işığa üz tutur.
Bu işığ,daxili aləmi zəngin,enerjisi saf,bütöv, parçalanmayan bir insanın bəşəri düşüncəsini quruculuq təşnəsi ilə doldurur.
Bu təşnə,hər işığa üz tutduqca,sahibininin yaradıcı və qurucu ruhunu yerdən göylərə ucalıb,ona söykənik müqəddəsliyin ünvanına aparır.
Həmin ruhun daşıyıcısı olan insan,müqəddəs ünvanlarda bir daha tamlaşır,bütövləşir,bəşəri xarakter alır,insanlğ nümunəsinin çarçısına çevrilir və burda bir daha özünü təsdiqin inkaasını,atdığı şəfqət dolu addımlarla iqrar etməyə müvəffəq olur.
Ali insan dərəcəsinə çatır,ruhunu ülviyyət,saflıq,bakir hisslər,şəfqət,mərhəmət,xeyirxahlıq,mənəvi borc duyğusu kimi ali məqamlarla zənginləşdir və həmin varlığın mənəvi aləmi rahatlıq tapır.
Məhz professor İlham Rəhimovun bu günə kimi Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi,xalqlar və dinlərin bir-birinə yaxınlaşması,eləcə də cəmiyyətin inkişafında xidmətləri, "Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Beynəlxalq Fondunun fəaliyyətinin inkişafına verdiyi xüsusi töhfə,demokratik cəmiyyət quruculuğu və hüquqi dövlət institutlarının inkişafındakı xidmətləri,Rusiya-Azərbaycan və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlər və s. onlarla gördüyü işlər, bu böyük adamın nə qədər bəşəri,yaradıcı və qurucu ruha malik olmasına işığ salan arqumentlərdəndir.
Həyat,-mükəmməllik,gözəllik,sevgi,şəfqət,mərhəmət,yardımlaşma,tamlığ,bütövlük,iradə,əzm,mübarizlik kimi bəşəri amilləri özündə obrazlaşdıran,canlandıran,onu gerçəyə çevirməyi bacaran insanlarla möhrəşəm olur.
Bütün bu detal və incə ştrixlər,məhz İlham Rəhimov kimi yüksək mədəniyyət və ali bəşəri dəyərlərə söykənik bir insanın daxili aləminin ən dərinliyində monolitləşmiş formada məzmun səciyyəsi alaraq,ona məhtəşəmlik, ucalıq qazandırmış və kainatın ənginlikllərində sönməyən ulduz kimi daim işıq saçmasına fürsət vermişdir.