Elşad Mehdizadə
______________________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər,sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,ən ali keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət,ictimai xadim,sadə və səmimi,geniş ürək sahibi ,əsl ziyalı,milli və dövlətçilik maraqlarımızın təəssübkeşi,xeyirxah əməlləri ilə yadda qalıb sevilən,incə qəlbə malik,doğru,dürüst düşüncələrində bəşəri duyğular carçısı, - Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Qərib Alış oğlu Novruzlunun portretini olduğu kimi təqdim etmək istəyirik.
Qərib Novruzlu,- doğurdan da respublikada tanınan,sayılıb-seçilən,dövlətin etimadını qazanmış,əsl vətəndaş,nüfuzlu ictimai və elm xadimi,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli aqrar kadrlardan,dəyərli ziyalılarımızdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.
Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Qərib müəllim həmçinin,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin dəyərli ziyalı Qərib Novruzlunun daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Qərib Novruzlu,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi pedoqoji kollektiv rəhbərlərindən,əsl döblət adamlaramızdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, 1961-ci il oktyabrın 7-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Kapuyt kəndində Alış kişinin ocağında dünyaya göz açan Qərib müəllim,1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Ümumi aqronomiya fakültəsinin Alim-aqronom ixtisasını bitirdikdən sonra təyinatla Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (keçmiş Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutuna) işləməyə göndərilir.
1985-1986-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunda (indiki Əkinçilik Elmi-Tədqiqat İnstitutu) kiçik elmi işçi vəzifəsində calışan bu dəyərli ziyalı insan, 1987-ci ildə Moskova Kənd Təsərrüfatı Akademiyasının “Bitkilərdə ümmunitetin genetikası” ixtisasını oxumağa müvəffəq olur.
Daha sonra, 1988-1990-cı illər arası “Seleksiya və toxumçuluq ” ixtisası üzrə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əyani aspiranturasını bitirməklə, 1994-cü ilin yanvarında “Azərbaycanın Şirvan bölgəsi şəraitində duzadavamlı arpa nümunələri ilkin material kimi” mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi (indiki aqrar elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alır.
Bunu qeyd etmək yerinə düşəndir ki, Qərib müəllim 2015-ci ildən aqrar elmləri üzrə dosentdir.
Onun elmi fəaliyyəti zəngin olduğu kimi. əmək fəaliyyəti də həmçinin rəngarəng, çoxqütüblü, spesifik, geniş sferaya malikdir.
1995-ci ildə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunda “Seleksiya və toxumçuluq” şöbəsinin müdiri vəzifəsəsinə təyin olunan Qərib Novruzlu,2008-2015-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Şəki Regional Aqrar Elm Mərkəzində aparıcı elmi işçi, 2010-2015-ci illərdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Arpa proqramının rəhbəri kimi işləmişdir.
2015-2018-ci illərdə Qərib müəllim əvvəlcə, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti ürə Dövlət Xidmətinin rəis müavini, daha sonra 2018 iyun-2019 may tarixlərində isə, həmin qurumda Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri vəzifələrini layiqlə icra edir.
2020-2021-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin, fevral 2022-aprel 2022-ci il tarixlərində Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin Şəki Regional Təlim Mərkəzində direktor vəzifəsində çalışan Qərib Novruzlu, 2022-ci il mayın 5-dən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda istehsalat üzrə direktor müavini vəzifəsində çalışır.
Eyni zamanda o,Arpa proqramının rəhbəri və institutun elmi fəaliyyətində aparıcı kadrlardan biri olaraq, ölkənin aqrar, taxılçılq sahəsinin bundan sonrakı inkişafı istiqamətlərində yorulmadan tədqiqat, seleksiya işlərini davam etdirir, mühüm elmi naliyyətlərin qazanılması üçün səy göstərir.
Bununla paralel Qərib müəllim həmçinin, 2019-cu ildən Azərbayca Standartlaşdırma İnstitutunda qeydiyyata alınmış və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən “Toxum və əkin materiallarının standartlaşdırılması” üzrə 27 saylı Texniki Komitənin sədridir.
Respublikada və xaricdə dərc olunmuş jurnallarda çap edilmiş 68 elmi əsərin müəllifi olan Qərib müəllim, həmçinin bir sıra beynəlxalq elmi-praktiki konfranslarda da iştirak etmiş,çıxışlarının bir hissəsi diplomlara layiq görülmüdür.
O,Əkinçilik Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən müdafiə və institutun elmi-texniki şurasının üzvü kimi, bacarıqlı elmi kadrların yetişməsində,təcrübə yolu ilə becərilən məhsullara düzgün texniki qulluğun göstərilməsi istiqamətində qazandığı elmi biliklər vasitəsi ilə məsləhətlərini verməkdədir.
Artıq 40 ildir bu səmimi və doğru-dürüst insan,bütün həyatını Azərbaycanda əkinçilik elminin formalaşmasına, inkişafına, bu sahədə işgüzar mühitin düzgün qurulmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə elmin və aqrar sahənin artan xətt üzrə müsbət,dinamik tendensiv inkişafına xidmət etməyə hesablanmışdır.
.
Əlbəttə ki, bütün bu sadalanların ucalğında isə Qərib Novruzlunun vətənə,xalqa,dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.
Çünki onun əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Qərib müəllim,Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.
Qərib Novruzlu,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, fəali vətəndaş olması, ictimai fəaliyyəti ilə yaxından iştirak edir.
O,həmçinin gözəl və mehriban ailə başçısı, övladlarınının qasyğıkeş və mükəmməl atasıdır. Övldlarını da özü kimi milli ruhda, vətənə, xalqa, dövlətə sevgi hissləri, əxlaqi dəyərlər məzmununda böyüdüb. tərbiyyə edə bilmişdir.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Qərib müəllim, bax belə insanlarımzdan, öz yeri, çəkisi və sözü olan sanballı ağsaqqalarımzdan, Azərbaycanda işgüzar iqtisadi mühitin sayılan kadrlarındandır.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Qərib müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)