E. Seyidzadə
__________________________
Əsl ziyalı xalqının milli dəyərlərinin təəssübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.
Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...
Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.
Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar. Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi. Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir. Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.
Belə misallar - xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı, maddi mənafe deyildi. Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.
Bu yazımzda həmin ziyalı insanlarımızdan biri,- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, müasir iqtisad elminin tanınan simalarından,neçə-neçə elmi əsər və monoqrafiyaların müəllifi,,bu günə kimi ölkəmizin inkişafına elmi təfəkkürü ilə əvəzsiz xidmətlər göstərən dəyərli alim, iqtisad elmləri dokroru, professor Famil Mustafayevin doğum günündə, onun həyat yolu,elmi fəaliyyəti, vətən,xalq,dövlət qarşısındakı xidmətləri haqqında danışmaq istəyirik.
Professor Famil Mustafayev,bu gün doğurdan da Azərbaycanın ictimai və elmi həyatında,dövlət quruculuğu məsələlərində,təhsil sisteminin dünya standartlarına inteqrasiya olunması istiqamətində gördüyü işlər,üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək təcrübəsi çox böyük və inkaredilməzdir.
Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək, qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.
Çünki Famil müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,həmçinin dəyərli alimin,əsl ziyalının,dövlətin etimad göstərdiyi bir şəxsin ən müsbət keyfiyyətlərinə işıq salan amillərin,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.Bu məziyyətlərinə görə də,professor Famil Mustafayev respublikanın sayılb-seçilən,ən tanınan simalarından biri,elm aləmində öz yeri,öz payı və əvəzssiz rolu olan alimlərimizdən biri kimi hər zaman diqqət mərkəzindədir.
Bu üzdən də bu dəyərli insan, bu gün də yorulmadan elm və təhsilin inkişafı istiqamətində, respublikada istedadlı alimlərin yetişdirilməsi,ölkə daxilində və ölkənin hüdudlarından kənarda Azərbaycanı laiyiqlə təmsil etmələri üçün bütün səy və bacarığını göstərir,elmi ənənələrin davam etdirilməsi,daha çox elmi nəticələrin qazanılması işinin düzgün qurulması tendensiyasının müsbət dinamik xətt üzrə inkişafında dayanmadan çalışır.
Bu istiqamətdə professor Famil Mustafayevi Azərbaycan elminin inkişafında ön sıralarında gedən nəhəng simalardan adlandırmaq daha doğru, vacib arqumentlərdəndir.
Famil müəllim elmdə irəli getdiyi kimi,arxasınca da onlarla yetişdirdiyi gənc alimləri də aparır.Çünki sözün həqiqi mənasında bu cür insanlar,xalq və vətən naminə çiyinlərinə götürdükləri yükün məsuliyyərini zəkaları ilə dərk edir,onu axıra kimi ləyaqətlə daşımağı özlərinə borc bilirlər.
Professor Famil Mustafayev də məhz belə insanlardan,nüfuzlu elm xadimlərimzdəndir.
Bu dəyərli alimin,əsl ziyalının elmi, pedoqoji və həyat yoluna nəzər saldıqda doğurdan da onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan; beləki,18 sentyabr 1966-cı ildə Azərbaycanın dilbər guşələtindən biri,-barı – bərəkəti, günlü-günəşi, bol məhsulu,halal torpağı,zəhmətkeş insanları,göz oxşayan düzənləri,Mil-Muğan ovalığının tən ortalamısnda qərar tutan Salyanda dünyaya göz açan Famil Fustafayev,1983-cü ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra,
1984–1989-cu illərdə Rusiya Federasiyasında Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə ali təhsil alır və universiteti fərqlənmə diplomu ilə bitirir.
Daha sonta Famil müəllim,1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində də hüquqşünaslıq ixtisası üzrə təhsil almağa müvəffəq olur və bu dəfə də universiteti fərqlənmə diplomu ilə başa vurur.
Famil müəllimin əmək fəaliyyəti çox geniş və əhatəliyi ilə seçiləndir.
1989–1992-ci illərdə Azərbaycan Texniki Universitetində “Siyasi iqtisad” kafedrasında müəllim kimi pedoqoji fəaliyyətə başlayan Famil müəllim, daha sonra 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi,ardınca Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini,1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti kimi postlarda vəzifə tutmağa mücəffəq ola bilir.
1996–1999-cu illərdə Famil Mustafayev,Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti vəzifəsinə qədər irəli gedir.
1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti vəzifəsi növbəti dəfə Famil müəllimə həvalə edilir.
2001–2004-cü illərdə pedoqoji fəaliyyətini davam etdirmək məqsədi ilə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-2” kafedrasında baş müəllim kimi çalışmağa başlayır.
2004–2015-ci illərdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini vəzifəsini icra edən Famil Müstafayev,həmçinin 2004–2019-cu illər arası Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştatla professor kimi pedaqoji fəaliyyətini davam etdirir.
2015–2016-cı illərdə Azərbaycan Respublikasının təhsil nazirinin müşaviri işləyən Famil Mustafayev,
2016–2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru,
2018–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini kimi qulluq mövqeyinə qədər irəli çəkilir.
Professor Famil Mustafayev,2019-cu ilin 21 iyun tarixindən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Famil Mustafayevin həmçinin zəngin ictimai fəaliyyəti ilə də seçilən ziyalılarımzdandır.
2011–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərən hörmətli ziyalımız,
2013-cü ilin fevral–oktyabr aylarında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İqtisadiyyat və Hüquq” elmləri üzrə ekspert şurasının sədri seçilir.
2013–2018-ci illərdə “İqtisadiyyat” elmləri üzrə ekspert şurasının sədri kimi fəaliyyət göstərən Famil müəllim,2017–2018-ci illərdə həm də Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şuranın sədri,2018-ci ilin iyul-sentyabr aylarında isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının üzvü kimi cəzifələri icra etmişdir.
Famil müəllimin pedaqoji və ictimai fəaliyyəti ilə paralel. Həmçinin onun çox diopozona malik elmi fəaliyyəti də vardır.
Beləki, 1998-ci ildə “Keçid dövründə çoxukladlı iqtisadiyyatın formalaşmasında özəlləşdirmənin rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək İqtisad elmləri namizədi elmi dərəcəsini alan Famil Mustafayev,2010-cu ildə “Transformasiya şəraitində makroiqtisadi proseslərin dövlət tənzimlənməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək İqtisad üzrə elmlər doktoru elmi dərəcəsini qazanmışdır.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını, 2014-cü ildə isə professor elmi adını almışdır.
Professor Famil Mustafayevin 60-dan çox məqalə, dərslik, dərs vəsaiti və proqramları, iki monoqrafiyanın müəllifidir.
Bütün bu sadalananlarla yanaşı bu elm və dövlət adamı həmçinin gözəl ailə başçısı qayğıkeş və mehriban atadır. İki övlad böyüdüb, boya başa çatdırıb, vətənə, xalqa, dövlətə layiq vətəndaş kimi yetişmələtinə arxa, dayaq durmuşdur.
Doğurdan da bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.
Professor Famil Mustafayev də Azərbaycan elmi üçün doğurdan da zəhmət çəkmiş, milli siması olan ziyalılarımzdandır.
Bunu da vurğulamaq yerinə düşəndir ki, 18 sentyabr,- dəyərli insan, hörmətli professor Famil Mustafayevin Doğum Günü kimi əlamətdar tarixi bir an kimi hər zaman yada salınan, yadda qalan gündür.
Ömrünün 57- ci baharını arxada qoyub, növbəti 58-ci ilinə qədəm basan Famil müəllim, inanırıq hələ əsrimizin qalan illərini də bax beləcə vüqarla, cəsur,cəsarətli, böyük ürək, şövqlə, öz ziyası ilə vətəninə, xalqına, dövlətinə dönməz və sonsuz sevgisi, əvəssiz xidmətlər göstərək yaşayacaq, addımlayacaq, bu məsuliyyətli, müqəddəs yolda yoruldum deməyəcək.
Biz də Forpost.az saytı olaraq, Famil müəllimi,bu dəyərli ziyalımızı,Azərbaycanın elm və ictimai sferasında sanballı çəkisi olan alimi,- doğum günü münasibəti ilə təbrik edir, bundan sonra da bütün elmi, pedaqoji,ictimai, həmçinin dövlət quruculuğu fəaliyyətində uğurlar arzulayır, möhkəm can sağlığı,dönməzlik,fədakarlıq nümunəsi göstərməyinin davamlı olmasını istəyirik.
Yolun daim açıq olsun dəyərli ziyalı, böyük insan !
