Ərtoğrul Mehdizadə
________________________
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını, hansı kriteriyalara sahib olduğunu əminliklə açır, onu içində yaşadağı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin insanlardan biri,- daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün, tamlığın, bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan, nəcib şəxsiyyət,əsl ziyalı,hüquq elmləri doktoru, hörmətli alim, professor İsaxanVəliyevin portretini olduğu kimi təqdim etmək istəyirik.
İsaxan Vəiyev,- doğurdan da Azərbaycanda çox tanınan, sayılan, xalqın sevgisini,dövlətin etimadını qazanan, əsl vətəndaş,nüfuzlu ictimai xadim, hüquq elminin öndə gedənlərindən,hörmətli alimlərimizdən,dəyərli ziyalılarımzdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq ,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
İsaxan müəllim də, sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan, əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən, doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin İsaxan müəllimin daxili aləminin ən dərin qatından baş qaldırdığının, cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
İsaxan müəllim də, respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn ziyalılarımzdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki,1958-ci il noyabrın 15 də Azərbaycanın yaxın, uzaq dövlətçilik tarixində siyasi-iqtisadi, milli- mədəni mərkəzlərindən biri kimi tanınan Şamaxı rayonunda dünyaya göz açan İsaxan müəllim, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsininin məzunu olmuş və həmin ildə də Yasamal Rayon Prokurorluğunun müstəntiqi kimi əmək fəaliyyətinə başlamışdır.
1984-cü ildə isə SSRİ Prokurorluğu yanında rəhbər kadrların ixtisasartırma institutunu bitirən İsaxan Vəliyev,- 1986-cı ildə Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət idarəsinin rəisi vəzifəsinə, 1989-cu ildə isə SSRİ Prokurorunun əmri ilə Bakı şəhər prokuroru vəzifəsinə təyin olunr.
1993-cü ildə qazandığı hüquqi biliklər,təcrübə və peşəkarlığdan irəli gələn fəaliyyətinin,həmçinin ölkədə sabitliyin və qanunçuluğun qorunması istiqamətdə atdığı uğurlu addımlarin nəticəsi olaraq, İsaxan müəllim Respublika Baş prokurorunun müavini kimi irəli çəklir .
Hal-hazırda hörmətli İsaxan müəllim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq kafedrasının müdiri kimi elmi və pedoqoji fəaliyyətini davam etdirir. O,həmçinin baş ədliyyə müşaviri və ədliyyə polkovnikidir.
İsaxan Vəliyev respublikanın prokurorluq orqanlarında tutduğu mühüm postlarla paralel, həm də çox ciddi və geniş profilli elmi yaradıcılğlada məşğul olmuş, hüquq elminin ən spesifik, məqsədyönlü sahələrini əhatə edən sanballı əsərlərini yazmışdır.
Beləki, İsaxan Vəliyev hüquq-mühafizə orqanlarında çalışdığı illərdə qazandığı təcrübü bilikləri elmi sahəyə yönəltmiş və 1992-ci ildə "Cinayət hüququ və kriminologiya: cəza-icra hüququ" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etməyə müvəffəq olmuşdur.
O, elmi-pedaqoji fəaliyyətini daha da artırmış və bunun əsasında göndərişlə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universitetinin doktoranturasına qəbul edilmişdir.
2005-ci ildə isə həmin universitetin elmi şurasında "Dövlət hakimiyyəti sistemində prokurorluğun yeri: Rusiya Federasiyası, Azərbaycan Respublikası və Qazaxıstan qanunvericiliyinin müqayisəli təhlili əsasında" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Diplom Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınmışdır.
İsaxan müəllim həmçinin beş monoqrafiyanın (bunlardan üçü(biri həmmüəllifliklə) Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universiteti elmi şurasının qərarı ilə Moskva şəhərində çap edilmişdir), iki dərs vəsaitinin və 100-dən artıq elmi məqalənin müəllifidir.
İsaxan Vəliyev "Cinayət hüququ" ixtisası üzrə Rusiya Federasiyasının Biblioqrafik toplusuna adı düşmüş ilk azərbaycanlı hüquqşünas alimlərdən biridir.
2007-ci ilin may ayında o, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş və 2015-ci ilə qədər həmin vəzifədə, 2015-ci ilin oktyabr ayından 2020-ci ilə qədər isə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri vəzifəsində çalışmışdır.
Hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiridir.
İsaxan müəllim, həm də Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının İdarə heyətinin üzvü, İttifaqın Bakı nümayəndəliyinin rəhbəridir.
Bu günə kimi hüquq elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlarla, o cümlədən, Azərbaycan Milli ElmlərAkademiyası Prezidentinin Fəxri Fərmanları, Avropa nəşr mətbuat evinin qızıl, Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının gümüş(Femida) və İtaliyanın Kafoskari Universitetinin xatirə medalı ilə təltif edilmişdir. 2015-ci ilin iyul ayında Fransadakı Sofiya Antipolis Universitetinin fəxri doktoru seçilmişdir.
2018-ci ildə İsaxan müəllimin 670 səhifəlik “Sabitlik və rifah naminə siyasət” kitabı geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Kitabda cənab Prezident İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasətin prioritet istiqamətlərinin elmi təhlili aparılmışdır.
Hörmətli alimimiz,həmçinin Rusiya Ali Attestasiya Komissiyasının siyahısına daxil olmuş 4 elmi jurnalın, o cümlədən "Пробелы в Российском законодательстве", "Современное право" və "Союз криминалистов и криминологов", "Наука и жизнь" jurnallarının redaksiya heyətinin üzvüdür.
İsaxan müəllim xaricdə keçirilən bir sıra elmi konfranslarda Azərbaycan elmini uğurla təmsil etmişdir:
15-19 oktyabr 2014-cü il tarixlərində Fransanın Nitsa şəhərində keçirilmiş "Şəxsiyyət və milli təhlükəsizlik" adlı beynəlxalq konfransda "Ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi: insanın yaşamaq hüququ kontekstində” mövzusunda;
18-25 yanvar 2015-ci il tarixlərində BMT yanında Ümumdünya Sülh Federasiyası tərəfindən Yerusəlimdə keçirilən “Yaxın Şərqdə sülh təşəbbüsü” adlı beynəlxalq konfransda “Azərbaycan tolerantlıq ölkəsidir” mövzusunda;
2018-ci ilin aprel ayında Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq elmi konfransda “Multikultural təhlükəsizliyin Azərbaycan modeli: dini ekstremizmə qarşı mübarizə kontekstində”mövzusunda;
17-18 dekabr 2018-ci il tarixlərində Almaniya Federativ Respublikasının Potsdam Universitetində Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının və Potsdam Universitetinin birgə təşkilatçılığı ilə “Cinayət hüququ elminin aktual problemləri: müqayisəli hüquqşünaslıq kontekstində” adlı beynəlxalq elmi konfransda “Dini ekstremizmlə cinayət hüquqi mübarizə və onun profilaktikasının bəzi məsələləri” mövzusunda;
20-24 fevral 2019-cu il tarixlərində isə Fransanın Nitsa şəhərində AMEA Fəlsəfə İnstitutunun və Nice Sophia Antipolis Universitetinin birgə təşkilatçılığı ilə “Bərabərlik: fəlsəfədən hüquqa” adlı beynəlxalq elmi konfransda “Yaşamaq hüququ: fəlsəfi mahiyyət və hüquqi problemlər” mövzusunda məruzə ilə çıxış etmişdir.
Professor İsaxan Vəliyev elmi yaradacılğla yanaşı həmçinin, 2002-ci ildən pedaqoji fəaliyyətlə də məşğuldur.
O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Siyasi fənlər kafedrasının çalışmış , hal-hazırda da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri kimi pedoqoji fəaliyyətini davam etdirməkdədir.
Aşağıda hörmətli alimin elmi əsərlərinin siyahısını təqdim edərkən,bu insanın nə qədər geniş diapazonlu,çox məzmunlu elmi təfəkkürə malik, zəngin və sanballı dünyagörüşünün parametrik spektrindəki həndəsi çevrəsinin əhatə dairəsi,riyazi ölçülərindən böyük olduğununa bir daha inanırsan.
Həmin əsərlər bunlardır:
И.В.Велиев. Уголовно-правовые методы установления и правовая оценка объекта посягательства при квалификации преступлений. Баку, 1992;
И.В.Велиев. Правовые и организационные основы формирования и деятельности прокуратуры Российской Федерации, Азербайджанской Республики и Республики Казахстан. Москва: МосУ МВД России, 2005;
И.В.Велиев. Об объективной стороне преступления. Москва, 2009;
И.В.Велиев, В.Н.Григорьев, С.Н.Смитюшенко, А.А.Шишков. Уголовно-процессуальная форма обнаружения признаков преступления. Москва, 2011;
.V.Vəliyev. Vergilər və vergitutmanın hüquqi əsasları, Dərslik, Bakı, 2013;
İ.V.Vəliyev. Sabitlik və rifah naminə siyasət, Kitab, Bakı, 2018.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası,..
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
İsaxan müəllim də bax belə insanlarımzdan, ziyalılarımzdan, elm və dövlət adamlarımzdandır.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu İsaxan müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin,dəyərli, işıqlı insan(!)
